Pleyeri seçin:

İsrail niyə bura hücuma keçdi? - Əməliyyatın arxasındakı 2 gizli səbəb

08 aprel 2025 701 baxış

İsrail Ordusu Qəzzanın şimalında yerüstü əməliyyat keçirib.

Bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.

Əməliyyat Əş-Şucaiyyə bölgəsində başladılıb. Bildirilib ki, əməliyyatın keçirilməsində məqsəd təhlükəsizlik zonasının genişləndirilməsidir.

İsrail tərəfi iddia edir ki, Qəzzada mövcud olan yeraltı tunellərdə HƏMAS-ın hərbi komandanlığı gizlənir və onlar İsrailə qarşı yenidən müharibəyə başlamaq üçün İrandan yardım gözləyirlər.

Təl-Əvivdən verilən açıqlamadan aydın olur ki, İsrail Ordusunun əsas hədəfi bölgədə yerləşən yeraltı tunellər olacaq. Bu isə bir neçə ay, hətta bir neçə il müharibənin davam edəcəyini göstərir.

İsrailin əldə edilmiş razılaşmanı pozaraq yenidən əməliyyata başlamasının 2 əsas məqsədi var.

Birincisi, Qəzza bölgəsində yaşayan insanları oradan köçməyə məcbur etmək və bölgənin tamamilə sökülməsi barədə Donald Trampın təklif etdiyi planın həyata keçirilməsini təmin etməkdir.

Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət bir müddət öncəki açıqlamasında da iki dövlətli həll prinsipinə çox da müsbət baxmadığını bildirib.

Fələstin dövlətinin yaradılması üçün nəzərdə tutulmuş İordan çayının sahillərində uzun müddətdir ki, yəhudi yaşayış məskənləri salınır.

Buna paralel şəkildə D.Tramp Qəzzadan əhalinin Misir və İordaniyaya köçürülməsi, bu vilayətin tamamilə sökülməsi və bu ərazidə yeni yaşayış məskənlərinin salınmasını təklif edir. Ancaq Misir, İordaniya və yerli sakinlərin bu plana qarşı çıxması işi çətinləşdirir.

İsrailin hərbi əməliyyatlarının əsas məqsədləri barədə danışsaq, HƏMAS-ın tamamilə məhv edilməsi məsələsi hər kəsə bəllidir. HƏMAS-dan başqa Qəzzada xeyli sayda fələstinli xırda silahlı qruplar da var. İsrail Fələstin Müqavimət Hərəkatının da müqavimətini sındırmaq istəyir.

ABŞ İrana yenidən zərbələr endirəcək

ABŞ İrana yenidən zərbələr endirəcək

Dünya
11 iyun 2026 701 baxış
Tehranın cavab zərbəsi elə oldu ki... | ABŞ və İran arasında gərginlik yenidən artdı - Baku TV

Tehranın cavab zərbəsi elə oldu ki... | ABŞ və İran arasında gərginlik yenidən artdı - Baku TV

Dünya
11 iyun 2026 701 baxış
Şimali İrlandiyada miqrasiya əleyhinə etirazlar davam edir

Şimali İrlandiyada miqrasiya əleyhinə etirazlar davam edir

Dünya
11 iyun 2026 701 baxış
Maqnit qasırğaları insana necə təsir edir?

Maqnit qasırğaları insana necə təsir edir?

Dünya
11 iyun 2026 701 baxış
Netanyahu Livan xalqına müraciət etdi

Netanyahu Livan xalqına müraciət etdi

Dünya
11 iyun 2026 701 baxış
İran müxalifəti FIFA-nı milli komandaya qadağa qoymağa çağırır

İran müxalifəti FIFA-nı milli komandaya qadağa qoymağa çağırır

Dünya
11 iyun 2026 701 baxış
Gəzinti, yoxsa ağırlıqqaldırma? | Hansı məşqlər daha faydalıdır?

Gəzinti, yoxsa ağırlıqqaldırma? | Hansı məşqlər daha faydalıdır?

Dünya
11 iyun 2026 701 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı sualı cavablandırıb

Tramp Türkiyə Prezidenti ilə bağlı sualı cavablandırıb

Dünya
11 iyun 2026 701 baxış
Çinin ənənəvi festivalına hazırlıq

Çinin ənənəvi festivalına hazırlıq

Dünya
11 iyun 2026 701 baxış
Moskvadan İrəvana açıq mesaj | Bu, artıq aktual məsələdir

Moskvadan İrəvana açıq mesaj | Bu, artıq aktual məsələdir

Dünya
11 iyun 2026 701 baxış
Seçilmişlər
icon