İsrail ordusu üçün məktəblərdə gigiyenik vasitələr və qida toplanılır
Oktyabrın 7-dən başlayan HƏMAS-İsrail münaqişəsi davam edir.
Tərəflər arasında yaşanan gərginlik hələ də səngiməyib. İsrail hakimiyyəti öz vətəndaşlarına sms vasitəsilə bildirişlər göndərərək hava hücumlarından müdafiə olunmaq üçün sığınacaqlarda gizlənməyi tövsiyə edib.
Bu barədə İsraildə yaşayan həmyerlimiz Emil Partnov məlumat verib. Onun sözlərinə görə, ölkədəki məktəblərdə artıq 2 gündür ki, orduya və əsgərlərə dəstək kampaniyası keçirilir. Şagirdlərə gigiyenik vasitələr və isti yemək gətirmələri tapşırılıb.
Hazırda Qəzza zolağına yaxın ərazilərdə, eləcə də İsrailin digər şəhərlərində vəziyyət gərgin olaraq qalır. Hər iki istiqamətdə atılan raketlərin səmada necə uçduğunu görmək mümkündür.
Məlumata görə, son sutka ərzində ölkənin Rişon-le-Sion şəhəri istiqamətində 24 raket zərbəsi qeydə alınıb.
#İsrail teqi istifadə olunub
- Livan razılaşması fonunda Beyrutda gərginlik
- Livan və İsrail münaqişəyə son qoya biləcək çərçivə sazişini təsdiqləyiblər - Baku TV CANLI
- İsveçrədə kritik görüş: Vaşinqton və Tehranın texniki heyətləri yenidən toplanır - Baku TV
- Vaşinqtonda İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb - Baku TV
- ABŞ-nin İran üçün hazırladığı 300 milyardlıq planın arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
