İsrail Ordusundan fəlakətlə nəticələnən hücum | Onlarla insan...
İsrailin Qəzzaya son hücumları nəticəsində azı 26 nəfər həlak olub.
Hücumlar İsrailin blokadası altında olan fələstinlilərin davam edən aclıq böhranı fonunda qida paylama məntəqələrində gözlədiyi bir vaxta təsadüf edir.
“Wafa” xəbər agentliyi Qəzzanın cənubundakı Əl-Məvasidə məcburi köçkün fələstinliləri hədəf alan İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində ən azı 3 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Xəbərdə hücumda Şurrab ailəsinin köçkün üzvlərinin sığındığı çadırın hədəf alındığı qeyd edilib. Çadır İsrail Ordusunun daha əvvəl “təhlükəsiz zona” olaraq təyin etdiyi ərazidə yerləşirdi.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son 48 saatda İsrailin hücumlarından sonra azı 202 nəfər həlak olub, 1037 nəfər yaralanıb.
İsrailin Qəzzaya hücumları nəticəsində 2023-cü ilin oktyabrından bu yana ən azı 55 908 nəfər həlak olub, 131 138 nəfər isə yaralanıb.
