Pleyeri seçin:
Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb
Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərinə Rusiyanın hava hücumu nəticəsində azı 22 nəfər yaralanıb. Yaralananlar arasında səkkiz aylıq körpənin də olduğu bildirilir.
Donetsk vilayətinin qubernatorunun sözlərinə görə, Rusiya qüvvələri yerli vaxtla saat 11 radələrində şəhərə altı idarəolunan bomba atıb. Hücum nəticəsində 14 çoxmənzilli yaşayış binası, üç fərdi ev, üç inzibati bina və 14 avtomobilə ziyan dəyib.
Qeyd edək ki, Kramatorsk Rusiyanın Donetsk vilayətinin tam nəzarətə götürülməsi istiqamətində irəliləyişində əsas hədəflərdən biri hesab olunur. Şəhər Ukraynanın şərqində “qala kəməri” adlandırılan müdafiə xəttinin əsas yaşayış məntəqələrindən biridir.
Kopyalandı
#Kramatorsk şəhəri teqi istifadə olunub
