Pleyeri seçin:

Liderlər Ukraynada hansı məsələləri müzakirə edəcək? | Kiyev diqqət mərkəzində

10 may 2025 377 baxış

Mayın 10-da Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə səfər ediblər.

Polşanın Baş naziri Donald Tusku dəmir yolu vağzalında xarici işlər naziri Andrey Sibiqa və Prezident Administrasiyasının rəhbəri Andrey Yermak qarşılayıblar. Tuskla birlikdə paytaxta qatarla Almaniyanın yeni Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron da gəliblər.

Dəmir yolu vağzalında təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib. Həmçinin Starmer, Makron və Mertsin Kiyevə səfəri zamanı çəkilən kadrları da yayılıb.

Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtında “qətiyyətlilər koalisiyası”nı salamlamaqdan məmnundurlar. Onun sözlərinə görə, tərəfləri çoxlu iş və müzakirə olunmalı bir sıra mövzular gözləyir.

“Bu müharibəyə ədalətli bir sülhlə son qoymaq, Moskvanı atəşkəsə getməyə məcbur etmək lazımdır”, – deyə Yermak qeyd edib.

Makron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir: “Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik”.

Qeyd edək ki, Avropa liderləri birgə bəyanatlarında ABŞ Prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiklərini bildiriblər. 

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 377 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 377 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 377 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 377 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 377 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 377 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 377 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 377 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 377 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 377 baxış
Seçilmişlər
icon