Makron və Pezeşkian nələri müzakirə etdi? | İranın əsas prinsipləri...
Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Prezidentlər Yaxın Şərqdə artan gərginliyi müzakirə edərək vəziyyətin heç də xoş olmadığını bildiriblər. Makron İranı təmkinli olmağa çağırıb.
İran Prezidenti isə İsrailə qarşı Tehranın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
Pezeşkian İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu və HƏMAS-ın siyasi liderinin öldürülməsindən sonra ABŞ və Qərbin passiv davranışını da tənqid edib.
İran dövlət başçısı bildirib ki, Tehran müharibələrdən çəkinməyi və dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına çalışır və bu, onlar üçün əsas prinsiplərdəndir.
“Buna baxmayaraq, beynəlxalq müqavilələr və qanunlar çərçivəsində öz maraqlarının pozulması qarşılığında İran heç vaxt səssiz qalmayacaq”, – deyə Pezeşkian vurğulayıb.
Prezidentlərin telefon söhbətindən sonra İran və Böyük Britaniyanın xarici işlər nazirləri arasında da telefon danışığı olub.
Nazirlər İsraili regionda qeyri-sabit vəziyyət yaratmaqda ittiham ediblər.
#İran teqi istifadə olunub
- Pezeşkian və Putin arasında dəhliz söhbəti | Prezidentlər arasında qalmaqal - Baku TV
- Tokayev Pezeşkianla görüşdə Şah İsmayıl və Nadir Şahdan danışdı
- ABŞ İrana yenidən zərbələr endirəcək? - Baku TV CANLI
- ABŞ-li senatordan İranla bağlı təcili xəbərdarlıq
- Güneyli fəalların aclıq aksiyası 46-cı günə çatdı - Baku TV
