Martın 6-dan sonra da Rusiya ilə bağlı məhdudiyyətlər qüvvədə qalacaq
Vaşinqtonun Moskvaya qarşı iqtisadi təzyiq siyasəti yeni mərhələyə qədəm qoyub. Baku TV-nin "Dünya" xəbərlərində yayımlanan və Amerika Federal Reyestrinin rəsmi sənədlərinə istinadən hazırlanan reportaja görə, ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimini və müvafiq sanksiyaların müddətini daha bir il uzadıb. Rəsmi qərara əsasən, mövcud məhdudiyyətlər 2026-cı il martın 6-dan sonra da qüvvədə qalacaq.
Ağ Evin bəyanatında vurğulanır ki, Rusiyanın yürütdüyü siyasət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqları üçün "fövqəladə təhlükə" təşkil etməkdə davam edir. Uzadılan sanksiya paketi 2014, 2018 və 2022-ci illərdə qəbul edilmiş fərmanları əhatə edir və Rusiyanın maliyyə, enerji, texnologiya sektorlarını, eləcə də bir sıra yüksək rütbəli rəsmiləri hədəf alır. Videoda sanksiyaların Rusiya iqtisadiyyatına mümkün təsirləri, Moskvanın bu qərara reaksiyası və Qərb dövlətlərinin vahid sanksiya cəbhəsinin 2026-cı il strategiyası barədə təhlillər təqdim olunur.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton Tehranla razılaşa biləcək? | Cey Di Vensdən diqqətçəkən açıqlama - Baku TV
- Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR
- "Hizbullah" tərk-silah olunacaq? | Yaxın Şərqdə son vəziyyət - Baku TV
- Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib
- ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV
