"Hizbullah" tərk-silah olunacaq? | Yaxın Şərqdə son vəziyyət - Baku TV
ABŞ-də keçirilən danışıqlarda İsrail və Livan tərəfləri “Hizbullah”ın tam şəkildə tərk-silah olunması barədə razılığa gəlib.
“NBC News”un ABŞ Dövlət Departamentini istinadən yaydığı məlumata görə, tərəflər həmçinin İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini də müzakirə edib.
Görüşdə ABŞ tərəfindən Livanda köçkünlərə yardım məqsədilə 58,8 milyon dollar məbləğində humanitar paket təsdiqlənib.
Rəsmi məlumatlara görə, İsrail və “Hizbullah” arasında qarşıdurma nəticəsində 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib. Bundan əlavə, tərəflər uzunmüddətli perspektivdə Livanın firavanlığının təmin edilməsi və biznes məqsədilə iki ölkənin sərhədlərini maneəsiz keçmək zərurəti barədə danışıblar.
Qeyd edək ki, bu, son 40 ildə Livan və İsrail arasında ilk birbaşa danışıqlardır.
Bu arada, İsrail Ordusunun yaydığı məlumata əsasən, Livanın cənubunda keçirilən əməliyyat zamanı “Hizbullah”ın üç üzvü əsir götürülüb. Hadisənin Bint-Cubeyl bölgəsində baş verdiyi bildirilir.
Məlumata görə, döyüşdən sonra üç nəfər silahı yerə qoyaraq İsrail hərbçilərinə təslim olub. Onlardan birinin “Radvan” xüsusi təyinatlı qüvvələrinin üzvü olduğu qeyd edilir.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton Tehranla razılaşa biləcək? | Cey Di Vensdən diqqətçəkən açıqlama - Baku TV
- Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR
- Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib
- ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV
- İspaniya və Çin arasında vacib görüş
