Pleyeri seçin:
Müharibəni dayandırmaq üçün danışıqlar başladı
İsrail və HƏMAS arasında davam edən müharibəni dayandırmaq məqsədilə Misirin paytaxtı Qahirədə danışıqlar rəsmən başladı. ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İsrailin Qəzza zolağındakı qoşunlarını geri çəkməyə razılaşdığını açıqlayıb. Tramp vurğulayıb ki, HƏMAS bu razılığı təsdiqləyən kimi atəşkəs dərhal qüvvəyə minəcək və girovlarla məhbusların mübadiləsi prosesinə start veriləcək. Ağ Ev Qahirəyə Trampın iki xüsusi elçisini – Cered Kuşner və Stiv Uitkoffu göndərib. Bu addım tərəfləri minillik fəlakətə son qoymağa aparan növbəti mərhələ üçün zəmin yaradacaq.
Kopyalandı
#İsrail ordusu teqi istifadə olunub
