Pleyeri seçin:

Oleksiy Danilovdan Baku TV-yə sensasiyalı açıqlamalar

18 yanvar 2024 250 baxış

Ukraynada son vaxtlar yeni dalğa səfərbərlik fonunda müharibənin, o cümlədən Ukraynanın sonrakı taleyi ilə bağlı məsələlər dünyanın gündəm mövzusuna çevrilib.

Xüsusilə Qərbin yardımlarının azaldığı bir vaxtda Rusiyanın intensiv raket zərbələri, Ukraynanın da öz növbəsində Rusiya ərazisinə zərbələr endirməsi və bu qarşılıqlı hücumların fonunda tərəflərin gizli danışıqlara başlaması ilə bağlı xəbərlər beynəlxalq medianın diqqət mərkəzindədir.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Baku TV-nin Şərqi Avropa bürosuna müsahibəsində ölkəsini gözləyən real təhlükədən danışıb və Qərbdəki tərəfdaşlarına ciddi xəbərdarlıq edib:

“Əgər Rusiya Ukrayna ərazisindəki müharibədə məğlub olarsa, təbii ki, Avropada müharibə olmayacaq. Avropa indiki prosesləri kənardan izləməyə davam edərsə və bizə fəal kömək etməzsə, bu zaman NATO ölkələri Rusiya Federasiyası ilə vuruşmağa məcbur olacaq. NATO-dakılar, Qərb vaxtında qərar verməsə, sonra gec olacaq. Onlar tələsməlidirlər, onsuz da kifayət qədər vaxt itiriblər.

Rusiya ilə gizli danışıqlar barədə deyilənlərə gəlincə isə bu, yalandır. Biz Vladimir Putinin başçılıq etdiyi Rusiya Federasiyası ilə heç bir danışıqlar aparmırıq”.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi ABŞ-nin yardımının ləngiməsinə də toxunub. O, gecikməni Birləşmiş Ştatların daxilindəki proseslərlə əlaqələndirib:

“ABŞ-nin yardımı tamamilə dayandırılmayacaq. Onların öz daxili məsələləri var, seçki dövrünə qədəm qoyublar. Amma əminəm ki, onlar bizim xeyrimizə olacaq bir həll tapacaqlar. Biz mütləq bütün ərazilərimizi 1991-ci ildəki sərhədlər daxilinə qaytaracağıq, çünki bu, bizim Konstitusiyamızın əsasıdır”.

#Oleksiy Danilov teqi istifadə olunub

Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV

Dünya
03 fevral 2026 250 baxış
Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Mark Ruttedən Rusiyaya xəbərdarlıq | "Putin səhv etdi" - ANA XƏBƏR

Dünya
03 fevral 2026 250 baxış
Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV

Dünya
03 fevral 2026 250 baxış
Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Baş nazir Pedro Sançes yeni qanundan danışdı

Dünya
03 fevral 2026 250 baxış
Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dövlət Baxçalı: “Öcalan vədini yerinə yetirdi”

Dünya
03 fevral 2026 250 baxış
İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”

Dünya
03 fevral 2026 250 baxış
“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

“Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər

Dünya
03 fevral 2026 250 baxış
"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

"Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV

Dünya
03 fevral 2026 250 baxış
Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb

Dünya
03 fevral 2026 250 baxış
İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

İran Prezidenti Vaşinqtonla bağlı göstəriş verdi - Baku TV

Dünya
03 fevral 2026 250 baxış
Seçilmişlər
icon