Pleyeri seçin:

Peskov NATO və Rusiya arasındakı münasibətdən danışdı | Heç bir əsaslı təşəbbüs irəli sürülməyib...

16 may 2025 302 baxış

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna böhranı və beynəlxalq münasibətlərlə bağlı planlarını açıqlayıb.

D.Peskovun sözlərinə görə, Rusiya danışıqlar heyəti İstanbulda keçirilən görüşlər zamanı Prezident V.Putinlə daimi əlaqədədir və dövlət başçısı bütün məlumatları real vaxt rejimində alır.

O qeyd edib ki, nümayəndə heyəti danışıqlara dair bütün vacib təlimatları Kremlin rəhbəri ilə keçirilmiş müşavirədə əldə edib.

D.Peskov eyni zamanda V.Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün mütləq keçirilməli olduğunu deyib. Onun fikrincə, belə bir görüş ciddi və əhatəli hazırlıq mərhələsindən sonra baş tutmalı, əsas diqqət beynəlxalq məsələlərə və Ukrayna ilə bağlı vəziyyətə yönəlməlidir.

Kreml sözçüsü qeyd edib ki, V.Putin və D.Tramp arasında təmaslar Ukrayna böhranının həlli baxımından olduqca mühüm rol oynayır.

Rusiya-NATO münasibətlərinə də toxunan D.Peskov bildirib ki, Şuranın işini bərpa etmək üçün indiyə qədər heç bir əsaslı təşəbbüs irəli sürülməyib. Hazırkı vəziyyətdə, NATO-nun Rusiya ilə faktiki qarşıdurmada olduğu bir zamanda tərəfdaşlıqdan danışmağın mümkünsüz olduğunu vurğulayıb.

Bundan əlavə, D.Peskov Avropa qitəsində strateji sabitlik məsələlərinin mümkün qədər tez müzakirəyə çıxarılmasının vacibliyini də diqqətə çatdırıb.

Kreml nümayəndəsinin verdiyi məlumata görə, V.Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək. Sonra isə Prezidentin beynəlxalq telefon danışığı aparacağı ehtimal olunur, lakin hansı ölkənin lideri ilə əlaqə saxlayacağı açıqlanmayıb.

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 302 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 302 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 302 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 302 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 302 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 302 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 302 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 302 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 302 baxış
Arizona ştatındakı hərbi bazada atışma baş verib

Arizona ştatındakı hərbi bazada atışma baş verib

Dünya
20 dekabr 2025 302 baxış
Seçilmişlər
icon