Putin, yoxsa Zelenski uduzacaq? | Rusiya-Ukrayna müharibəsi barədə qalmaqal
“Ukraynada ABŞ qoşunları olmayacaq”.
Bu sözləri ABŞ-nin vitse-prezidenti Devid Vens deyib.
“Donald Tramp çox aydın ifadə etdi. Ukraynada ABŞ qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri fikrini verməyə davam edəcəyik”, – deyə Devid Vens bildirib.
O etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin ABŞ Prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirmək üçün çoxlu kartları var.
ABŞ-nin vitse-prezidenti Rusiya-Ukrayna müharibəsinin bitmə tarixi ilə bağlı proqnoz da verib:
“Rusiya ilə Ukrayna arasındakı müharibə yaxın 6 ayda başa çatacaq. Hazırda məni sevindirən odur ki, bizim ölümləri dayandırmağa çalışmaq üçün güclü diplomatiya ilə məşğul olan bir Prezidentimiz var. Bunun nəticəsi nə olursa olsun, istər üç ay, istərsə də altı ay ərzində. Əsas odur ki, müharibə bitsin. Ümid edirəm ki, gec olmadan müharibə bitər. Amma bəlkə də biz müharibəni dayandırmağa çalışan Prezidentlə fəxr etməliyik”.
O əlavə edib ki, Ukraynanın ərazi sərhədlərinin yekun olaraq müəyyən edilməsi haqqı elə ukraynalıların özündə qalacaq.
Bu arada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib. Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Kit Kelloq 24 Avqust – Ukraynanın Müstəqillik Günü ilə əlaqədar təntənəli tədbirdə iştirak edib. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Kit Kelloqa və ABŞ Prezidenti Donald Trampa Ukraynaya diqqətə və dəstəyə görə təşəkkür edib.
#Cey Di Vens teqi istifadə olunub
