Pleyeri seçin:

Qərbin əsas silahı dollardır | Lavrovdan sərt açıqlama

31 yanvar 2024 100 baxış

“Dollar siyasi problemlərin həlli üçün Qərbin aktiv və ya potensial silahına çevrilib”.

Bunu yanvarın 31-də Moskvada BRİKS-ə üzv ölkələrin səlahiyyətli nümayəndələrinin görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrovun sözlərinə görə, Qərb siyasətçiləri inklüzivlik şüarı altında birtərəfli addımlarını ört-basdır etməyə çalışırlar.

“Dollar, mənim fikrimcə, siyasi problemlərin həlli üçün Qərbin aktiv və ya potensial silahıdır. Dollar və beynəlxalq maliyyə institutlarının qrantları məcburiyyət aləti kimi fəal şəkildə istifadə olunur”, – deyə diplomatik şöbənin rəhbəri qeyd edib.

Həmçinin Qərbin birtərəfli sanksiyaları, nazirin fikrincə, yaradılmış səmərəli istehsal və təchizat zəncirlərini sarsıdır. S.Lavrov vurğulayıb ki, sanksiyalar, ilk növbədə, Asiya, Afrika və Latın Amerikası ölkələrində onların inkişaf perspektivlərinə xələl gətirir.

Bundan əvvəl, noyabrın 27-də S.Lavrov dünyanın tədricən dollardan imtina etdiyini açıqlamışdı. Onun sözlərinə görə, BRİKS ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dollardan imtina və ödənişlər üçün milli valyutalara keçid prosesini sürətləndirir.

Nazir qeyd edib ki, Hindistan və Çin mövcud iqtisadi sistemdən asılılığını azaldır. S.Lavrov həmçinin bildirib ki, 2024-cü ildə Rusiyanın sədrliyi ilə BRİKS ölkələrinə ümumi ödəniş sistemləri ilə bağlı tövsiyələr təqdim olunacaq.

Oktyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin BRİKS-in vahid valyutası əvəzinə ölkələr arasında vahid hesablaşma mexanizminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, assosiasiyaya daxil olan dövlətlər arasında ödənişləri təmin etmək üçün hesablaşma sistemi qurmaq və maliyyə logistikası yaratmaq lazımdır.

O qeyd edib ki, nəzəri cəhətdən BRİKS valyutasının yaradılması mümkündür, lakin bu, ölkələrin iqtisadiyyatlarının inkişafında paritet tələb edəcək ki, bu da çox uzunmüddətli perspektivdir.

Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmenlə bağlı yeni xəbər

Zelenskinin yaxın çevrəsi ilə əlaqələndirilən biznesmenlə bağlı yeni xəbər

Dünya
23 dekabr 2025 100 baxış
Rusiya bu ölkəyə hücuma keçsə... | “The Telegraph”dan məlumat 

Rusiya bu ölkəyə hücuma keçsə... | “The Telegraph”dan məlumat 

Dünya
23 dekabr 2025 100 baxış
“Xameneini öldürməyə cəhd etsələr də...” | İranlı deputatdan qəribə çıxış

“Xameneini öldürməyə cəhd etsələr də...” | İranlı deputatdan qəribə çıxış

Dünya
23 dekabr 2025 100 baxış
Rusiya Ukraynaya 650 dronla hücum edib

Rusiya Ukraynaya 650 dronla hücum edib

Dünya
23 dekabr 2025 100 baxış
Aİ-nin Ukrayna və Moldova barədə hesabatına Gürcüstandan reaksiya

Aİ-nin Ukrayna və Moldova barədə hesabatına Gürcüstandan reaksiya

Dünya
23 dekabr 2025 100 baxış
Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Dünya
23 dekabr 2025 100 baxış
Zelenskidən təcili tapşırıq | Rusiya məhz bu tarixdə kritik hücuma start verəcək? - Baku TV

Zelenskidən təcili tapşırıq | Rusiya məhz bu tarixdə kritik hücuma start verəcək? - Baku TV

Dünya
23 dekabr 2025 100 baxış
Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dünya
23 dekabr 2025 100 baxış
Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Dünya
23 dekabr 2025 100 baxış
Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Dünya
23 dekabr 2025 100 baxış
Seçilmişlər
icon