Pleyeri seçin:

Qəzzada atəşkəsə kim mane olur? | Qətər görüşü barədə gözlənilməz açıqlama

14 avqust 2024 419 baxış

Yaxın Şərqdə hökm sürən gərgin vəziyyətin fonunda HƏMAS və İsrail arasında atəşkəs razılaşması üzrə Qətərin paytaxtı Dohada danışıqlar keçiriləcək. Bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, Qətərin Baş naziri də daxil olmaqla İsrail və ABŞ tərəfinin bir sıra rəsmiləri də iclasda iştirak edəcək. Görüşdə Misir də daxil olmaqla sözügedən ölkələr atəşkəslə bağlı girov sazişinin həyata keçirilməsi üzrə birgə hazırladıqları atəşkəs planını təqdim edəcəklər.

Təl-Əvivin danışıqlara nümayəndə heyəti göndərdiyi bir vaxtda HƏMAS hərbi qruplaşmasının görüşdə iştirak etməyəcəyini deməsi isə təəccüblə qarşılanıb.

“Bizim mövqeyimiz onsuz da aydın idi. Biz yeni danışıqlara getməyəcəyik. Yalnız razılaşdırılmış qərarın həyata keçirilməsində iştirak edəcəyik”, – deyə qruplaşma rəsmiləri vurğulayıblar.

Qeyd edək ki, qruplaşmanın əsas tələbi İsrail Ordusunun Qəzzadan tamamilə çıxarılmasıdır. Təl-Əviv tərəfi isə HƏMAS-ı yer üzündən silmədən bunu etməyəcəyini açıqlayıb.

Bütün bunların fonunda, İran tərəfi ilə bağlı narahatlıqlar da artmaqda davam edir. Hətta ABŞ tərəfinin iddiasına görə, atəşkəs danışıqları uğurlu olsa belə, bu, İranın potensial hücumunun qarşısını almayacaq.

Rəsmi Tehranın Qəzza zolağında atəşkəslə bağlı keçiriləcək danışıqlarda iştirak etməməsini açıqlaması da birmənalı qarşılanmayıb. Digər bir maraqlı iddia isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlıdır. Xəbərə görə, hökumət rəhbəri müharibənin davam etməsində israr edir, hətta atəşkəsin elan edilməsi üçün çalışmaqdan boyun qaçırır.

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 419 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 419 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 419 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 419 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 419 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 419 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 419 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 419 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 419 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 419 baxış
Seçilmişlər
icon