Ərdoğan: “Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur”
“Brüssel bilməlidir ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqı (Aİ) qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, – Ərdoğan uzun illərdir Avropaya inteqrasiya prosesi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
O qeyd edib ki, bu gün artıq Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur və sabah bu ehtiyac daha da artacaq.
“Lakin bunun üçün Aİ-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır. Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”, – deyə Ərdoğan əlavə edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM
- ABŞ Prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri planlaşdırılır
- "Ərdoğan zəng edib dedi ki..." | ABŞ Prezidenti Ankaraya niyə gedəcək? - Baku TV
- Ərdoğan polşalı həmkarı ilə nələri müzakirə edib?
- Ərdoğanla Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə edib - Baku TV
