Pleyeri seçin:
Rəsmi Təl-Əviv Qəzza ilə bağlı bəyanat verdi
İsrail anklavda humanitar böhranın qarşısını almaq üçün Qəzza zolağına ərzaq məhsullarının daxil olmasına icazə verəcək.
Bu barədə Baş nazir Benyamin Netanyahunun Ofisi məlumat yayıb.
“İsrailin Müdafiə Ordusunun tövsiyəsi və HƏMAS-a qalib gəlmək üçün intensiv döyüşlərin genişləndirilməsinin təcili zərurətini nəzərə alaraq, İsrail Qəzza zolağında aclıq böhranının yaranmasına yol verməmək üçün əhalini əsas qida məhsulları ilə təmin edəcək”, ‒ deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, İsrail HƏMAS-ın humanitar yardımın paylanmasına nəzarəti ələ keçirməsinin qarşısını almaq və bu yardımın HƏMAS silahlılarına çatmamasını təmin etmək üçün səy göstərəcək.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsrail hücumları nəticəsində ölənlərin sayı 4310 nəfərə çatıb
- İsrail Baş nazirini yalan danışmaqda ittiham etdilər
- Yaxın Şərqdə silahlar birdəfəlik susacaq, yoxsa...? | ABŞ-nin planı nədir? - 24 SAAT
- ABŞ Yaxın Şərqdəki Livan məsələsini həll edə biləcəkmi? - Baku TV
- Katzdan kritik bəyanat: İsrail İrana qarşı müstəqil hərbi əməliyyatlara hazırlaşır? - AKTUAL GÜNDƏM
