Rusiya Ermənistana daha kömək etməyəcək?
“İrəvanın, əlbəttə ki, fikirlərini ifadə etmək hüququ var, amma bu, Nikol Paşinyanın böyük səhvidir”.
Bu barədə Rusiyada gizlənən Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarov N.Paşinyanın Ermənistanın Ukrayna mövzusunda Rusiyanın müttəfiqi olmadığı barədə bəyanatını şərh edərkən deyib.
Bildirib ki, bu vəziyyətdə rəsmi Moskva deyil, İrəvan zəifdir:
“N.Paşinyan Qərbdən heç bir təminat almadı və Rusiyadan bütün zəmanəti itirdi. Beləliklə, o, problemləri ilə tək qaldı. Ermənistan çox çətin vəziyyətə düşəcək və eyni zamanda Rusiyanın dəstəyi olmayacaq, Qərb də onları sadəcə dəstəkləməyəcək.
Rəsmi İrəvan təhlükəsizlik istəyirsə, o zaman anlamalıdır ki, bu təhlükəsizliyi sözdə və ya kağıza imza atmaqla deyil, kim həqiqətən də təmin edə bilər? Bunun əsasında müvafiq qərarlar qəbul edilməlidir. Ancaq bunun üçün müstəqil olmalı və bu marağın nə olduğunu başa düşməlisiniz.
Düşünürəm ki, Ukrayna da çoxlu siyasi səhvlərə yol verib. İstifadə olunmayan bir çox variantlar var idi. Ermənistanda da vəziyyət eynidir. İmkanlar var idi, variantlar var idi, lakin yanlış siyasi qərarlar verildi və bu, onları nələrə gətirib çıxardı”.
Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 19-da Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə rəsmi İrəvanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığını bəyan edib.
#Ukrayna teqi istifadə olunub
- Kiyevlə bağlı sensasiyalı proqnoz yeni Maydan ehtimalını gündəmə gətirdi - Baku TV
- Qapalı görüşdə nə qərar verildi? | Böyük Britaniya Ukrayna ilə bağlı nə etdi? - Baku TV
- Ukraynaya səfər edən liderlərdən Kiyevə dəstək mesajı - Baku TV CANLI
- Paris Kiyevə hərbi dəstəyi artırır | Makron və Zelenski bu mövzuda razılaşdı - Baku TV
- Ukrayna qışa necə hazırlaşacaq? | Berlin generator və ehtiyat hissələri göndərir - Baku TV CANLI
