Dünya
Pleyeri seçin:

Rusiya ilə Ermənistan arasında əməkdaşlıq yox olub | Sergey Markov

15 mart 2024

"Rusiya sərhədçilərinin İrəvanda yerləşən "Zvartnots" Hava Limanından çıxarılmasının çox böyük siyasi nəticələri olmayacaq. Bu, sadəcə olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən nümayiş olunan anti-Rusiya mövqeyidir. Ancaq birbaşa hər hansı siyasi nəticələrin olacağını düşünmürəm".

Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

"Rusiya sərhədçilərinin İrəvanın hava limanında mövcudluğu o demək deyil ki, Ermənistan təhlükəsizliyini, sərhəd yoxlamalarını özü qoruya bilmir. Əlbəttə, Ermənistanın özünün sərhədçiləri var, onları tez bir zamanda öyrətmək mümkündür. Rusiya sərhədçilərinin paytaxt İrəvanda yerləşən hava limanında mövcudluğu Rusiya ilə Ermənistan arasında olan strateji əməkdaşlığın simvolu idi. Ancaq bu gün iki ölkə arasındakı bu əməkdaşlıq yox olub. Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə görə Rusiyanı ittiham edir.

Ümumiyyətlə rəsmi İrəvan bir çox məsələdə Moskvanı günahlandırır və nəticədə Ermənistan Rusiyanın düşmənləri olan Fransa, ABŞ, NATO və Avropa İttifaqının bir sıra ölkələri ilə əlaqələrini inkişaf etdirmək yolunu seçib. Biz görürük ki, Rəsmi İrəvan bütün sahələrdə, ən əsas da təhlükəsizlik sferasında Rusiyadan uzaqlaşır. Ona görə də iki ölkənin təhlükəsizlik sahəsindəki dostluğunun simvolu olan Rusiya sərhədçiləri artıq mənasını itirib. Çünki artıq ortalıqda dostluq yoxdur.

Bunların ardından biz Ermənistan rəhbərliyindən növbəti anti-Rusiya addımlarının davam edəcəyini gözləyirik. Bu da Ermənistanın özü üçün böyük neqativ nəticələrə gətirib çıxaracaq. Ancaq hərbçilərin hava limanını tərk etməsinin hər hansı xüsusi bir siyasi nəticələrinin olacağını düşünmürəm", – o bildirib.

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Kobaxidze son nöqtəni qoyur | Gürcüstanda nə baş verəcək?

Dünya
18 may 2024
Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Daxili qoşunlar hərəkətə keçdi | Bişkekdə kütləvi dava aranı qatdı

Dünya
18 may 2024
Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Medvedev sirləri açdı | NATO-nun Ukrayna planı budur!

Dünya
18 may 2024
Yataq otağımda həmişə... | Putindən tələbələrə səmimi etiraf

Yataq otağımda həmişə... | Putindən tələbələrə səmimi etiraf

Dünya
18 may 2024
Slovakiya Baş nazirinə xəsarət yetirən şəxs məhkəməyə çıxarılacaq

Slovakiya Baş nazirinə xəsarət yetirən şəxs məhkəməyə çıxarılacaq

Dünya
18 may 2024
Seçilmişlər
icon