Pleyeri seçin:
Rusiya internat evini raketlə vurub
Martın 27-də Rusiya Ordusu Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərini raketlə vurub. Bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
"Rusiya Federasiyasının törətdiyi növbəti terror. İşğalçı dövlət Slavyansk şəhərimizi atəşə tutub. Hadisə nəticəsində, təəssüf ki, ölənlər və yaralananlar var. Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək", - deyə V.Zelenski yazıb.
Qeyd edək ki, Slavyanska S-300 zenit-raket kompleksi ilə endirilən zərbə nəticəsində azı 2 nəfər ölüb, 30-a yaxın yaralı var. Həmçinin qonşu Drujkovka kəndindəki internat evi 2 raketlə vurulub. İtkilər barədə hələlik məlumat verilməyib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Pezeşkiandan Hörmüz boğazı ilə bağlı kritik mesaj - Baku TV
- Rusiya və ABŞ lideri arasında telefon danışığı olub
- Peskov Qələbə paradı barədə yayılan xəbərlərə aydınlıq gətirdi - Baku TV CANLI
- “Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı
- Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı
