Rusiyada ağır döyüşlər gedir | Zelenskiyə təcili məlumat verildi ki...
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində daha iki kəndi ələ keçirib.
Bu barədə Rusiya mətbuatında məlumat verilib. Xəbərə görə, bunlar Sucansk rayonunun cənubunda yerləşən Plexovo və Spalnoe kəndləridir.
Ukraynalı hərbçilər “Telegram” kanallarında paylaşım edərək məlumatı təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən rayonun yaxınlığında döyüşlər hələ də davam edir.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də ölkə prezidenti Volodimir Zelenskiyə videomüraciəti zamanı son sutkada qoşunların müəyyən istiqamətlərdə irəlilədiyini bildirib:
“Son 24 saat ərzində qoşunlarımız müəyyən istiqamətlərdə irəliləyib. Daha 40 kvadrat kilometrdən çox ərazi nəzarət altına alınıb. Hazırda bizim nəzarətimizdə 74 yaşayış məntəqəsi var. Bütün cəbhə xəttində döyüşlər gedir. Döyüşlərin yüksək intensivliyinə baxmayaraq, vəziyyət nəzarət altındadır. Əməliyyatı davam etdiririk”.
Baş komandanın məruzəsindən sonra Prezident Volodimir Zelenski Kursk vilayətində irəliləyən hərbçilərinə təşəkkürünü bildirib.