Rusiyada dəhşətə gətirən qəza | Xeyli sayda ölən və yaralanan var
Rusiyanın Bryansk vilayətində avtomobil körpüsü altından qatar keçən zaman uçub.
Bu barədə “Baza”, “Mash”, “112” və “Shot” “Telegram” kanalları məlumat yayıb.
Sözügedən ərazidə körpünün uçması haqqında məlumatı Bryansk vilayətinin qubernatoru da təsdiqləyib.
“A240 federal avtomobil yolunun bir hissəsində avtomobillər və sərnişin qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Təəssüf ki, zərərçəkmişlər var”, ‒ deyə qubernator bildirib.
“Telegram” kanalları yazır ki, körpünün uçmasının mümkün səbəbi dayaqların partladılması ola bilər. “Mash” 22 nəfərin xəsarət aldığını bildirir.
“Baza”nın məlumatına görə, 4 nəfər ölüb, 44 nəfər xəsarət isə yaralanıb. Ancaq bu məlumatın rəsmi təsdiqi yoxdur. Qatarın Klimov-Moskva marşrutu ilə hərəkət etdiyi bildirilir.
#Rusiya teqi istifadə olunub
- Rusiyada taun şübhəsi: Trampın cavabında diqqətçəkən məqam - Baku TV CANLI
- Ermənistanla Rusiya arasında 102-ci hərbi baza ətrafında mübahisə yenidən gündəmdə - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
