Pleyeri seçin:
Rusiyadakı faciəvi qəza barədə təcili məlumat
Rusiyanın Leninqrad vilayətində turist avtobusu ilə yük qatarı toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.
Rusiyanın şimal-qərbindəki Leninqrad vilayətinin dəmir yolu administrasiyası bildirib ki, avtobusun sürücüsü yaxınlaşan yük qatarının qarşısından keçidə daxil olub. Maşinist təcili əyləcə bassa da, məsafənin qısa olması səbəbindən toqquşmadan yayınmaq mümkün olmayıb.
Toqquşma güclü olsa da, qatar relsdən çıxmayıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
