Rusiyanın neft şirkətləri, bank sektoru və ödəmə sisteminə qadağa
Avropa Komissiyası Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi təklif olunacaq. Onun sözlərinə görə, Ukraynanın hərbi ehtiyaclarının ödənməsi ilə bağlı yeni üsullar üzərində iş gedir.
Avropa ittifaqının diplomatiyasının rəhbəri Kaya Kallas isə bildirib ki, Rusiyanın müdafiə sənayesinə yardım edən üçüncü ölkələr də sanksiyalarla üzləşəcək. Çin bu siyahıda birinci yerdədir. Rusiyanın “Mir” ödəmə sisteminə məhdudiyyət planlaşdırılır. Bununla da Rusiyaya pul axınının qarşısı alınacaq.
Moskvanı kriptovalyuta məhdudiyyətləri də gözləyir. Kaya Kallas Avropanın 2027-ci ilin 1 yanvar tarixindən sonra Rusiya qazından tam imtina etməsinin vacib olduğunu qabardıb.
Yekun olaraq qeyd edək ki, Rusiyanın 118 gəmisi, 45 yerli və xarici şirkəti də sanksiyalarla üzləşəcək. Banklara məhdudiyyət qoyulacaq. “Rosneft” və “Qazpromneft” ilə bütün müqavilələr qadağan olunacaq. Rusiyanın üçüncü ölkələrdəki neft emalı zavodlarına da sanksiya tətbiq ediləcək.
#Avropa Komissiyası teqi istifadə olunub
