Pleyeri seçin:

ŞƏT-də nələr müzakirə olunacaq? | Putini Çinə aparan səbəblər

29 avqust 2025 612 baxış

Rusiya Prezidenti Vladimir Putin avqustun 31-dən sentyabrın 3-dək Çin Xalq Respublikasına səfər edəcək.

"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində, həmçinin Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində V.Putin həmçinin Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, İranın Prezidenti Məsud Pezeşkian, Serbiya lideri Aleksandar Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan lideri Şavkat Mirziyoyev və digər liderlərlə görüşəcək.

Rusiya və Çin liderləri geniş və məhdud tərkibdə çay süfrəsi arxasında danışıqlar aparacaqlar. Görüşlərdə ABŞ ilə münasibətlər, Ukrayna ətrafındakı vəziyyət də müzakirə olunacaq. Məhdud formatlı danışıqlarda Rusiya nümayəndə heyətindən müdafiə naziri Andrey Belousov iştirak edəcək.

Eyni zamanda Rusiya V.Putinin Çin səfəri çərçivəsində Kim Çen In ilə ikitərəfli görüş keçirmə imkanlarını nəzərdən keçirir.

Y.Uşakovun sözlərinə görə, hələlik V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Pekində görüşü nəzərdə tutulmayıb, lakin hər iki lider yubiley tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək Pekin tədbirlərinə ABŞ Prezidenti Donald Tramp dəvət olunmayıb.

Y.Uşakov həmçinin Rusiya, Çin və Monqolustan liderlərinin Pekində üçtərəfli görüş keçirəcəyini açıqlayıb.

Qeyd olunub ki, Rusiya nümayəndə heyətinə Pekindəki danışıqlarda 3 vitse-prezident və 10-dan çox nazir daxil olacaq. Bundan əlavə, Rusiya və Çin liderlərinin görüşündə dövlət korporasiyaları və iri biznes nümayəndələri də iştirak edəcəklər.

"Qırmızı xalça ilə qarşılanacaq" | Zelenski Ermənistana niyə gedəcək?

"Qırmızı xalça ilə qarşılanacaq" | Zelenski Ermənistana niyə gedəcək?

Dünya
01 may 2026 612 baxış
SENSASİYA: Ukraynanı bu ölkələr gizli şəkildə silanlandırır? - Baku TV CANLI

SENSASİYA: Ukraynanı bu ölkələr gizli şəkildə silanlandırır? - Baku TV CANLI

Dünya
01 may 2026 612 baxış
Qırğızıstanda yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb

Qırğızıstanda yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb

Dünya
01 may 2026 612 baxış
"Soyuz-5" Karaqandanın Baykonur kosmodromundan orbitə buraxılıb

"Soyuz-5" Karaqandanın Baykonur kosmodromundan orbitə buraxılıb

Dünya
01 may 2026 612 baxış
ABŞ Avropada hərbi kontingentlərini azaldacaq? - Baku TV CANLI

ABŞ Avropada hərbi kontingentlərini azaldacaq? - Baku TV CANLI

Dünya
01 may 2026 612 baxış
Makron Ukrayna və ABŞ-dən geri qalmamaq üçün görün nə edəcək

Makron Ukrayna və ABŞ-dən geri qalmamaq üçün görün nə edəcək

Dünya
01 may 2026 612 baxış
Böyük Britaniya Kralı Şotlandiya viskisinə rüsumların ləğvi qərarını alqışladı

Böyük Britaniya Kralı Şotlandiya viskisinə rüsumların ləğvi qərarını alqışladı

Dünya
01 may 2026 612 baxış
ABŞ-İran münaqişəsi daha şiddətli mərhələyə keçir? - “Daha böyük qələbə üçün...” - Baku TV

ABŞ-İran münaqişəsi daha şiddətli mərhələyə keçir? - “Daha böyük qələbə üçün...” - Baku TV

Dünya
01 may 2026 612 baxış
Günəşdən uzaqlaşan Veneranı da müşahidə etmək olacaq

Günəşdən uzaqlaşan Veneranı da müşahidə etmək olacaq

Dünya
01 may 2026 612 baxış
Qalmaqallı maliyyəçi Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb

Qalmaqallı maliyyəçi Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb

Dünya
01 may 2026 612 baxış
Seçilmişlər
icon