Pleyeri seçin:
SEPAH qadağan edilmiş təşkilat kimi tanınacaq
Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan edilmiş təşkilatlar reyestrinə salınmasını nəzərdə tutan yeni qanun layihəsi irəli sürəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "The Jewish Chronicle" nəşrinə açıqlamasında bildirib.
"Təhlükəli dövlət strukturlarının və təşkilatlarının qadağan olunması istiqamətində müvafiq addımların atılması üçün yeni qanunvericiliyə ehtiyac duyuruq. Həmin sənədi ən yaxın zamanda irəli sürəcəyik. Bir neçə həftəyə start veriləcək yeni parlament sessiyasında bu layihə müzakirəyə çıxarılacaq", – deyə hökumət başçısı qeyd edib.
Kopyalandı
#Böyük Britaniya teqi istifadə olunub
- Xərçəng xəstələrinin sayı sürətlə artır
- ABŞ–İran müharibəsi Böyük Britaniyanın iqtisadiyyatına təsirsiz ötüşməyib
- Starmer: “Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir”
- Gəmilərin Hörmüz boğazına yaxınlaşması atəşkəsin pozulması kimi qəbul ediləcək - Baku TV
- Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib
