ABŞ–İran müharibəsi Böyük Britaniyanın iqtisadiyyatına təsirsiz ötüşməyib
Böyük Britaniya iqtisadiyyatının İran münaqişəsinin təsirləri fonunda resessiya həddinə yaxınlaşacağı və yüzminlərlə insanın işsiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
İqtisadi proqnozçuların açıqlamasına görə, ölkə iqtisadiyyatı bu ilin ikinci və üçüncü rüblərində, demək olar ki, artım göstərməyəcək və ardıcıl iki rübdə ümumi daxili məhsulun azalması riski ilə üz-üzə qalacaq.
“Item Club” tərəfindən hazırlanan son hesabatda qeyd olunur ki, Böyük Britaniyada ümumi daxili məhsulun 2025-ci il üzrə artımı cəmi 0,7 faiz olacaq. Bu isə əvvəl proqnozlaşdırılan 1,4 faizlik artımla müqayisədə ciddi azalma deməkdir.
Hesabatda həmçinin vurğulanır ki, əmək bazarı pandemiyadan bəri ən böyük zərbə ilə üzləşə bilər. Proqnozlara əsasən, işsizlik səviyyəsi 2027-ci ilin ortalarına qədər 5,8 faizə yüksələcək. Bu isə əlavə olaraq təxminən 250 min nəfərin işsiz qalması və ümumi iş axtaranların sayının 2 milyonu keçməsi deməkdir.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya məhkəməsi bu məmuru Çin kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilir
- Starmer “toksik imic” səbəbindən seçki kampaniyasından kənarlaşdırılıb
- Rezonans doğuran hadisə | Böyük Britaniya Kralının ABŞ-yə səfərində diqqətçəkən məqamlar - Baku TV
- Tramp Böyük Britaniya kralını ABŞ-də necə qarşıladı? - 24 SAAT
- Vaşinqton küçələrində Böyük Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları asıldı - ANA XƏBƏR
