Dünya
Pleyeri seçin:
Şiddətli döyüşlərin getdiyi rayonun sakinləri Putindən xahiş etdi
Kursk vilayətinin Sucansk rayonunun sakinləri Rusiya Prezidenti Putinə videomüraciət ünvanlayıblar. Onlar Putindən “torpaqlarını geri almağı” xahiş ediblər.
“Avqustun 6-da NATO-nun texnikası ilə xarici qoşunlar torpağımıza daxil oldu. Bir neçə saat ərzində şəhərimiz xarabalığa çevrildi. Qohumlarımız, ərlərimiz, qonşularımız Donbası müdafiə edirlər. Torpaqlarımızı, evlərimizi itirdik. Atışmalara məruz qalaraq qaçdıq”, – onlar bildiriblər.
Sakinlər gecə yata bilmədiklərini, işıqsız, rabitəsiz qaldıqlarını, doğmaları ilə əlaqə saxlaya bilmədiklərini deyiblər.
Sakinlər vurğulayıblar ki, sənədsiz, heç nə götürmədən evlərindən qaçıblar, rəsmilər onları əvvəlcədən təxliyə etməyib, hazırda Sucansk rayonunda güclü döyüşlər gedir.
Kopyalandı
Seçilmişlər