Tehran razılığa gəlmək istəyir? | "İran nüvə silahından imtina edir" - Baku TV
“ABŞ İrana qarşı əməliyyatında böyük uğurlar qazanır”.
Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
“Biz onların dediyi kimi müharibə vəziyyətindəyik. Onlar bunu müharibə adlandırırlar, mən bunu hərbi əməliyyat adlandırıram, çox uğurlu əməliyyat. Biz rejimi faktiki olaraq dəyişdirdik. Bu, rejim dəyişikliyidir, çünki indi liderlər bizim müharibəyə başladığımız rəhbərlərdən tamamilə fərqlidirlər”, – deyə o vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton indi onların özlərini necə göstərəcəklərini görməlidir.
Tramp həmçinin iddia edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffun iştirakı ilə İranla danışıqlar aparır. O, Tehranın razılığa gəlməkdə çox maraqlı olduğunu iddia edib.
“Onların liderlərinin hamısı yoxa çıxıb. Heç kim kiminlə danışacağını bilmir, amma biz əslində lazımi insanlarla danışırıq və onlar çox razılaşma istəyirlər. Bunu nə qədər çox istədiklərini təsəvvür edə bilməzsiniz. Görək nə olacaq”, – deyə Tramp söyləyib.
Ağ Ev rəhbəri qeyd edib ki, İran onun irəli sürdüyü – heç vaxt nüvə silahına sahib olmamaq tələbi ilə razılaşıb. Onun sözlərinə görə, İran tərəfi onlara böyük məbləğdə hədiyyə verib.
“Bu hədiyyə bu gün gəldi. Neft və qazla bağlı idi və onlar tərəfdən çox yaxşı jest idi. Bu mənə göstərdi ki, biz doğru insanlarla iş görürük”, – deyə Tramp sözlərinə əlavə edib.
#Donald Tramp teqi istifadə olunub
- ABŞ İranla danışıqlar aparır? | Müharibənin gedişatını dəyişəcək xəbər - Baku TV
- Kubanın qaranlıq günləri nə vaxt bitəcək? | Yeni müharibə başlayır? - Baku TV
- ABŞ-nin hədəfində o var | İrana rəhbərlik üçün gözlənilməz gediş - Baku TV
- Netanyahu Trampın danışıqlarla bağlı açıqlamalarına münasibət bildirdi - Baku TV
- Müharibəni bitirəcək 3 şərt | 8710 rus hərbçi necə öldürülüb? | Trampdan açıqlama - YENİ BİR SƏHƏR
