Trampdan Putinə xəbərdarlıq | ABŞ Ukraynanın əlini belə gücləndirəcək?
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə kəskin xəbərdarlıq edib. Xarici media orqanlarının yaydığı məlumata görə, Ağ Ev rəhbəri Ukrayna ilə münaqişənin həll edilməməsinin Putin üçün "pis başa çatacağını" bildirib. Tramp hesab edir ki, Rusiya Prezidenti gərginliyi aradan qaldırsa, bu, "əla görünərdi", lakin əks halda, ABŞ hərəkətə keçəcək. Bu hərəkətlərin konkret təfərrüatı olaraq, ABŞ Prezidenti münaqişə həll olunmayacağı təqdirdə Ukraynaya "Tomahawk" qanadlı raketlərinin verilməsi imkanlarını nəzərdən keçirəcəyini bəyan edib. Tramp bu mövzunu Putinlə şəxsən müzakirə edə biləcəyini də istisna etməyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində bildirib ki, Ağ Ev rəhbəri hələ "Tomahawk" tədarükü ilə bağlı yekun qərar verməyib, lakin Kiyev bu raketlərin tədarükü üçün səylərini davam etdirir.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranın dondurulmuş aktivlərinin nəyə sərf ediləcəyini açıqladı
- Alyaskada prezidentlərin razılaşmaları "dəfn edilib"? - 24 SAAT
- Tramp fikrini niyə dəyişdi? | Rusiyanın növbəti həmləsi nə olacaq? - Baku TV
- ABŞ-İran sazişi İsrailin uzun illərdir qurduğu strategiyanı pozur - Baku TV
- Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM
