Pleyeri seçin:
Trampın nümayəndəsi danışıqların detallarını açıqladı | Razılığa gəldilər ki...
İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıqlayıb.
Diplomat bu barədə “Al Jadeed” telekanalına müsahibəsində bildirib. O, Vaşinqtonun tərəflər arasında vasitəçi kimi çıxış edəcəyini söyləyib.
“İsrail və Livan ABŞ-nin himayəsi altında quru sərhədləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəlib. Qalan məsələlərin həlli ilə bağlı işçi qrupları yaratdıq”, – deyə Trampın nümayəndəsi əlavə edib.
Kopyalandı
