Pleyeri seçin:

Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?

13 avqust 2024 88 baxış

Ukraynanın Kurska hücum etməsi və bölgədə irəliləməsi hazırda bütün dünyada müzakirə mövzusudur.

Çünki bu hadisə müharibədə dönüş nöqtəsinə çevrilməklə yanaşı, 2-ci Dünya müharibəsindən indiyədək Rusiyanın tarixində yaşadığı ilk belə hadisə olub. Beynəlxalq ictimaiyyət Ukrayna Silahlı Qüvvələrinin federasiya ərazisinə necə daxil olması ilə maraqlanır.

Xarici media bu suala cavab olaraq yazır ki, Ukrayna Ordusu Kurska daxil olan zaman demək olar ki, heç bir müqavimətlə üzləşməyib. Onlar ərazidə yalnız bir müddət irəlilədikdən sonra rusiyalı döyüşçülərlə üz-üzə gəliblər.

ABŞ mediasının iddiasına görə, rusiyalı hərbçilər həmin an silahsız olublar və daha sonra təslim olublar. Bildirilib ki, Moskva bu hadisədən xəbərdar olduqdan dərhal sonra mübarizə apara bilmək üçün regiona əlavə qoşunlar göndərib.

Məlumata görə, qarşıdurma zamanı Ukrayna tərəfdən itki qeydə alınmayıb və onlar irəliləməyə davam ediblər. Nəticədə avqustun 6-dan bu günə qədər ordu təxminən 1 000 kvadratkilometr ərazini ələ keçirib.

Daha bir maraqlı məqam isə odur ki, Avropa İttifaqı və NATO təşkilatlarına üzv ölkələr daha əvvəl Ukraynaya Rusiyanın ərazisinə hücumla bağlı xəbərdarlıq etmələrinə baxmayaraq, Kurskda baş verənlərin qarşısında susub. Hətta rəsmi Vaşinqton belə Kursk əməliyyatının heç nəyə təsir etmədiyini və hər hansı eskalasiya yaratmadığını iddia edib.

Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin baş verənləri təxribat adlandırıb. Ukraynalı həmkarı Volodimir Zelenski isə Kiyevin ədaləti bərpa etdiyini vurğulayıb.

Ukrayna Ordusunun Rusiya ərazisində apardığı əməliyyatın nə vaxta qədər davam edəcəyi məsələsinə gəldikdə isə ekspertlər hesab edirlər ki, bu hücumlar cəbhədə uzunmüddətli dönüş yarada bilməz. Buna səbəb Rusiya Ordusunun daha geniş və miqyas baxımından da Ukraynadan güclü olmasıdır.

Bundan əlavə, baş verənlər Ukraynanın müharibə taktikasının dəyişdiyini də sübut edir. Yəni hazırda həyata keçirilən əməliyyatın əsas məqsədi müharibəni stabilləşdirmək və Rusiya tərəfini danışıqlar masasına oturmağa təşviq etməkdir. Prezident V.Putin isə bu cəhd barəsində məlumatlıdır. Lakin onun sözlərinə görə, Ukraynanın planı uğursuzluqla nəticələnəcək.

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 88 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 88 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 88 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 88 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 88 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 88 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 88 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 88 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 88 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 88 baxış
Seçilmişlər
icon