Ukraynaya atılan raket nazirlər kabinetinə düşdü
Ukraynanın Nazirlər Kabinetinin binasına çırpılan “Şahed” dronu deyil, “İskəndər” operativ-taktiki məntəqəsindən buraxılan qanadlı raketdir.
“Defense Express”də yayılan məlumata görə, qalıqların analizindən sonra bu fakt ortaya çıxıb.
Raketin 450 kiloqramlıq əsas hissəsi partlamayıb. Yanğına səbəb isə raketin yanacaq çənlərinin alışması olub.
Ukraya hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı 9 qanadlı raketdən istifadə edib. Raketlərdən 4-ü zərərsizləşdirilib.
Ölkənin Baş naziri Yuliya Sviridenko bildirib ki, müharibə başlayandan bəri Rusiya Ordusu nazirlər kabinetinin binasını ilk dəfə vurub.
Bundan başqa, Rusiya Ukraynaya 142 pilotsuz uçuş aparatı ilə də hücum edib. “Sky News”un məlumatına görə, 6 nəfər həlak olub.
“Ukraynanın işğal olunmuş ərazilərində Rusiya pasportu almaqdan imtina edən ukraynalılar deportasiya oluna bilər”. Bunu Zaporojye hərbi adminstrasiyasının rəhbəri İvan Fedorov deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin martında bununla bağlı sərəncan imzalayıb.
Belə ki, nəzarətə götürülən ərazilərdə Rusiya pasportunu qəbul etməyənlər qeyri-leqal sayılacaq və həmin ərazidən köçürüləcək.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Budapeşt Avropa İttifaqına meydan oxuyur
- Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI
- Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV
- Kreml Aİ-nin Kiyevlə bağlı planına susur
- Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir
