“Üzr istəməyə də hazırıq” | Ermənistanda “taxt-tac” oyunları necə bitəcək?
“Ermənistan vətəndaşları sülhə görə minnətdardırlar, onlar özlərini təhlükəsiz hiss etdiklərini söyləyirlər”.
Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan deyib.
Deputatın sözlərinə görə, seçkilərdən əvvəl vətəndaşlarla görüşlər zamanı bir neçə məlum hadisə istisna olmaqla, demək olar ki, qeyri-adi hadisələr baş verməyib:
“Biz geniş dəstəyə əminik, buna görə də canlı yayım açaraq gəzirik. Harada səhv ediriksə, üzr istəməyə hazırıq”.
Akopyan vurğulayıb ki, Baş nazir Nikol Paşinyan və komandası sülh yolu ilə irəliləyərkən, Robert Köçəryan və digərləri münaqişəyə qayıtmaq istəyirlər.
Deputatın sözlərinə görə, Levon Ter-Petrosyan da pulu hər şeydən üstün tutduğu üçün zəngin iş adamı Samvel Karapetyanın namizədliyini dəstəkləyib.
“İyun seçkiləri son inqilab olacaq, keçmiş hakimiyyət nümayəndələri darmadağın ediləcək”, – deyə Hasmik Akopyan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi - Baku TV
- Biləcəridən Ermənistana yola salınan qatarlarla nələr daşındı? - Baku TV
- Azərbaycandan keçməklə Ermənistana növbəti yük partiyası yola salınacaq - Baku TV
- Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ciddi sual altına düşə bilər | Mirzoyan
- "Paşinyan arvadına xəyanət edirmi?" məqaləsi qalmaqal yaratdı
