Zelenski ölkəsi üçün müjdəni açıqladı | Müharibənin gedişatına təsir edəcək dəstək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin silah tədarükü üçün yeni dəstək paketlərinin hazırlandığını açıqlayıb.
Bu barədə o, Ukraynanın müdafiə naziri Rüstəm Umerovun tərəfdaş ölkələrlə apardığı danışıqların nəticələrini dəyərləndirərkən bildirib. Zelenski Ukraynaya dəstək verən ölkələrin səylərini yüksək qiymətləndirib.
Yeni hərbi dəstək paketləri çərçivəsində bir sıra mühüm addımlar atılacaq. Polşa əlavə dəstək paketləri hazırlayır və Çexiya təşəbbüsü çərçivəsində sursat tədarükündə iştirakını davam etdirir. Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri və sursatlarının daha sürətli tədarükünü təmin etməyə hazırlaşır. Zelenski Almaniyanı Avropanın təhlükəsizliyinin əsas sütunlarından biri adlandıraraq, onun rolunun vacibliyini vurğulayıb.
Avropa İttifaqı isə mövcud tədarük çatışmazlıqlarını aradan qaldırmaq üçün institusional səviyyədə iş aparır. Niderland Ukraynada silah istehsalına investisiya yatırmağa davam etməyə hazır olduğunu bildirib. Şimali Avropa və Baltikyanı ölkələr də tam dəstəklərini təsdiqləyiblər. Bu dəstək yeni yardım paketləri, Ukraynanın hərbi sənayesinə investisiyalar və Avropanın güclənməsi üçün yeni siyasi təşəbbüsləri əhatə edir.
Zelenskinin bu açıqlaması Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyini artırmağa davam edəcəyini göstərir. Ukraynanın müdafiə gücünü artırmaq üçün bu ölkələrin birgə səyləri yaxın həftələrdə daha aydın şəkildə özünü göstərə bilər.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR
- “Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski
- Rusiyadan Ukrayna üçün pulun alınması mexanizmi - Baku TV
- Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb
