Hadisə
Pleyeri seçin:

Bakıda məktəbli anasının həyatına son qoydu

29 iyul 2023

2022-ci il aprelin 20-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə saat 12:14-də naməlum qadının bıçaqlanması, cinayəti törədən şəxsin bıçağı ataraq hadisə yerindən qaçması barədə məlumat daxil olub.

Hadisə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 48 nömrəli binanın yaxınlığında baş verib. Əraziyə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış zamanı “Mitsibishi” markalı avtomobilin sağ ön hissəsində qadın meyiti, sağ tərəfdə üzərində qan ləkələri olan mətbəx bıçağı, 1 metr aralıda isə məktəbli çantası aşkarlanıb. Elə həmin gün öldürülən qadının oğlu 15 yaşlı İdeal Məmmədzadə saxlanılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 33 yaşlı Sevinc Məhərrəmovanın ölümünə mədə və mədəaltı vəzinin zədələnməsi ilə əlaqədar baş verən kəskin qanitirmə səbəb olub.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, İdeal Məmmədzadə cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini dərk edib. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib. Sevinc Məhərrəmovanın anası Sayalı Məhərrəmova məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim edib.

Məhkəmə nəticəyə gəlib ki, İdeal Məmmədzadənin cinayət əməli tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Hadisə
19 may 2024
Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Hadisə
19 may 2024
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Hadisə
19 may 2024
Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Hadisə
19 may 2024
Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Hadisə
19 may 2024
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 may 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Seçilmişlər
icon