Hadisə
Pleyeri seçin:

Binəqədidə partlayışda həlak olan şəxslərin adları açıqlandı

17 yanvar 2024

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb.

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib.

Həmin şəxslər aşağıdakılardır:

1. Abbasova Solmaz Paşabəy qızı (1983), 2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964), 3. Cəfərov Zaur Qulu oğlu (1980), 4. Dadaşova Ülviyyə Hümbət qızı (1969), 5. Məmmədov Elvin Qəfər oğlu (1993), 6. Məmmədov İlqar Habil oğlu (1964), 7. Qubadov Fərid Hüseyn oğlu (1983), 8. Quliyeva Əsmayə Cümşüd qızı (1977), 9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)

Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından sağ çıxarılıb. Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

"Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", – birgə məlumatda bildirilib.

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Sumqayıtda sursat aşkarlandı | FHN hadisə yerində

Hadisə
19 may 2024
Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Hadisə
19 may 2024
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Hadisə
19 may 2024
Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Hadisə
19 may 2024
Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Hadisə
19 may 2024
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 may 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Seçilmişlər
icon