Hadisə
Pleyeri seçin:

İrandan 50 kiloqram narkotik gətirən şəxs saxlanılıb

31 may 2023

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

Hadisə
17 may 2024
Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Hadisə
17 may 2024
Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Hadisə
17 may 2024
Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Hadisə
16 may 2024
Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Hadisə
16 may 2024
Seçilmişlər
icon