İdman
Pleyeri seçin:

Cüdoçularımız gənclər arasında Avropa çempionatında uğurla çıxış edib

11 sentyabr 2023

Cüdoçularımız gənclər arasında Avropa çempionatında 6 medal qazanıblar.

Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov finalda israilli Yehonatan Vekslerə qalib gələrək 1-ci yeri tutub.

Daha bir idmançımız 66 kq-da yer alan Aydın Rzayev də finala yüksəlsə də, burada Gürcüstan nümayəndəsinə uduzaraq gümüş mükafatla kifayətlənib.

73 kq çəkidə yarışan Vüsal Qələndərzadə isə turniri 3-cü pillədə başa vurub. O, bürünc medal uğrunda daha bir cüdoçumuz Süleyman Əliyevi məğlub edib. 81 kq çəkidə Ömər Rəcəbli də bürünc mükafata yiyələnib. İdmançımız bu uğura Danimarka nümayəndəsinə qalib gəlməklə nail olub.

Bundan başqa, qadınların mübarizəsində Aydan Vəliyeva da fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 52 kq-da çıxış edən Aydan italiyalı rəqibi üzərində qələbə qazanaraq bürünc medalın sahibi olub.

Bununla da, cüdoçularımız Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatını 1-i qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla ümumən 6 medalla tamamlayıblar.

Parataekvondoçumuz İmaməddin Xəlilov Paralimpiadanın qızıl medalını qazandı

Parataekvondoçumuz İmaməddin Xəlilov Paralimpiadanın qızıl medalını qazandı

İdman
31 avqust 2024
Taekvondoçumuz İmadəddin Xəlilov Paralimpiadanın finalına yüksəlib

Taekvondoçumuz İmadəddin Xəlilov Paralimpiadanın finalına yüksəlib

İdman
30 avqust 2024
Avropa Liqasında “Qarabağ”a rəqib olan klublar müəyyənləşdi

Avropa Liqasında “Qarabağ”a rəqib olan klublar müəyyənləşdi

İdman
30 avqust 2024
“Neftçi” klubu bu futbolçu ilə yolları ayırıb

“Neftçi” klubu bu futbolçu ilə yolları ayırıb

İdman
30 avqust 2024
“Zirə” Konfrans liqasında cavab matçına çıxıb

“Zirə” Konfrans liqasında cavab matçına çıxıb

İdman
30 avqust 2024
Sabir Zeynalov Paralimpiya Oyunlarında bürünc medal qazanıb

Sabir Zeynalov Paralimpiya Oyunlarında bürünc medal qazanıb

İdman
30 avqust 2024
Kriştiano Ronaldo karyerasını bu tarixdə bitirəcək

Kriştiano Ronaldo karyerasını bu tarixdə bitirəcək

İdman
29 avqust 2024
Gənc cüdoçumuz Nihad Məmişov dünya çempionatında 1-ci olub

Gənc cüdoçumuz Nihad Məmişov dünya çempionatında 1-ci olub

İdman
29 avqust 2024
"Zirə" Konfrans liqasında "Omoniya"ya qarşı

"Zirə" Konfrans liqasında "Omoniya"ya qarşı

İdman
29 avqust 2024
Yeni futbolçuların axtarışındayıq | Qurban Qurbanov

Yeni futbolçuların axtarışındayıq | Qurban Qurbanov

İdman
29 avqust 2024
Seçilmişlər
icon