Formula 1 üzrə Macarıstan Qran-prisinə yekun vurulub
Formula 1 üzrə dünya çempionatında növbəti mərhələnin qalibi müəyyənləşib.
“Hunqarorinq” trasında keçirilən Macarıstan Qran-prisinə poul mövqeyində “Maklaren Mersedes” pilotu Lando Norris başlayıb. Lakin 70 dövrə davam edən yarış ərzində britaniyalı sürücü üstünlüyü qoruya bilməyib. Mübarizənin yekununda qələbəni onun komanda yoldaşı Oskar Piastri bayram edib. Avstraliyalı pilot ən yaxın izləyicisi Norrisi 2,141 saniyə qabaqlayıb. 3-cü yeri isə 7 qat dünya çempionu, “Mersedes”in üzvü Lyuis Hemilton tutub.
Bu nəticələrdən sonra ümumi sıralamaya əvvəlki kimi Maks Ferstappen başçılıq edir. “Red Bull”un niderlandlı sürücüsünün aktivində 265 xal var. 189 xal toplayan Lando Norris 2-ci, 162 xalı olan Şarl Lekler isə 3-cü pillədədir.
Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi Belçikada keçiriləcək. “Spa-Frankorşam” trasında təşkil olunacaq Qran-prinin qalibi iyulun 28-də müəyyənləşəcək.