İdman
Pleyeri seçin:

"Real Madrid" "Barselona"nı darmadağın edərək finala yüksəldi

06 aprel 2023

İspaniya kubokunda 2-ci finalçının adına aydınlıq gəlib.

“Santyaqo Bernabeu” arenasında keçirilən 1-ci matçda “Real”a 1-0 hesabı ilə qalib gələn “Barselona” bu dəfə rəqibini “Kamp Nou”da qəbul edib.

İlk dəqiqələrdən gərginliyi ilə diqqət çəkən qarşılaşmada hesab fasilə ərəfəsində açılıb. Vinisius “kral klubu”nu irəli çıxarıb. 50-ci dəqiqədə fərq 2-yə yüksəlib. Kərim Benzema kataloniyalıları görüşə mərkəzdən başlamağa məcbur edib.

Çox keçmədən fransalı hücumçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Bundan sonra “blauqrana”nın baş məşqçisi Xavi ardıcıl əvəzetmələr etsə də, vəziyyəti dəyişmək mümkün olmayıb. Əvəzində “los blankos” 80-ci dəqiqədə 4-cü dəfə meydan sahiblərini məyus edib. Benzema het-trikini rəsmiləşdirib.

Qalan vaxtda mübarizə daha da sərtləşib. Nəticədə hər iki komandadan bir neçə futbolçuya sarı vərəqə göstərilib. Lakin üstünlüyünü qorumağı bacaran “Real” 4-0 hesabı ilə qalib gələrək 9 ildən sonra İspaniya kubokunun finalına yüksəlib. 

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib | Paris-2024

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib | Paris-2024

İdman
27 iyul 2024
Mahir Emreli klubunu dəyişdirir? - İranın teleqram kanalı məlumat yaydı

Mahir Emreli klubunu dəyişdirir? - İranın teleqram kanalı məlumat yaydı

İdman
27 iyul 2024
Basketbolçularımız Ermənistan komandalarını məğlub ediblər

Basketbolçularımız Ermənistan komandalarını məğlub ediblər

İdman
26 iyul 2024
Fransada Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Fransada Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

İdman
26 iyul 2024
"Səfər oyununa çəkinmədən yollanacağıq" | Samir Abasov

"Səfər oyununa çəkinmədən yollanacağıq" | Samir Abasov

İdman
26 iyul 2024
"Artıq növbəti oyuna köklənməliyik" | Rəşad Sadıqov

"Artıq növbəti oyuna köklənməliyik" | Rəşad Sadıqov

İdman
26 iyul 2024
"Zirə" Konfrans Liqasında ilk oyununu keçirib

"Zirə" Konfrans Liqasında ilk oyununu keçirib

İdman
26 iyul 2024
"Sumqayıt" klubu "Fehervar"ı qəbul edib

"Sumqayıt" klubu "Fehervar"ı qəbul edib

İdman
26 iyul 2024
"Sabah" komandası "Makkabi Hayfa" ilə qarşılaşıb

"Sabah" komandası "Makkabi Hayfa" ilə qarşılaşıb

İdman
26 iyul 2024
Samir Abasovun "Fehervar"la oyundan sonra mətbuat konfransı

Samir Abasovun "Fehervar"la oyundan sonra mətbuat konfransı

İdman
25 iyul 2024
Seçilmişlər
icon