Pleyeri seçin:

Bakı və Ankara yaxşı başa düşür ki... | Kalaşnikov BRİKS-ə müraciətin önəmini açıqladı

10 sentyabr 2024 384 baxış

Azərbaycan və Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib. Bu onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Türkiyə Vladimir Putinin yenidən qeyd etdiyi siyasi proseslərdə və iqtisadiyyatdakı tendensiyaları mükəmməl başa düşür.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Bu gün BRICS kimi birliklər Qərbin təzyiqindən və diktaturasından azad olmağa çalışan formatlar olaraq aktuallıq qazanır. Dövlətlərin getdikcə artan müstəqil siyasət yürütmək istəyi fonunda BRICS daha da güclənir. BRICS dövlətləri dünya ərazisinin dörddəbirini tutur və planetin sakinlərinin 40 faizindən çoxunun məskunlaşdığı yerdir. Bu gün getdikcə daha çox ölkə anlayır ki, Qərbin təzyiqləri və sanksiyaları qarşısında öz bazarlarını təmin etmək və ümumi bazarlar yaratmaq lazımdır”, – o bildirib.

Siyasətçinin fikrincə, Rusiyaya dost Azərbaycanın BRICS-ə qoşulmaq üçün real şansı var:

“Üstəlik, bütün BRICS Rusiya və Azərbaycan ərazilərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam şəkildə həyata keçirilməsində maraqlıdır. Bunu nəzərə alaraq hesab edirəm ki, Azərbaycan bu beynəlxalq birliyə qoşulmaqla ən nüfuzlu üzv dövlətlərdən birinə çevrilə bilər.

Logistika çox vacib aspektdir və bu gün Qərb dövlətlərə təzyiq etmək üçün bundan istifadə edir. Yaxın vaxtlara qədər Rusiyanın iştirak etdiyi bir çox logistik marşrutlar Qərb ölkələrindən keçirdi. Lakin Rusiya ilə Qərb arasındakı münaqişə belə qarşılıqlı əlaqəni problemli edib. Şimal Dəniz Marşrutu və Şimal-Cənub tam işləsə, Qlobal Cənub, Şərq ölkələri və biz fəal şəkildə qarşılıqlı fəaliyyət göstərsək, bu, artıq Qərb logistikasından asılılıq vəziyyətini dəyişəcək”.

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İqtisadiyyat
20 iyun 2026 384 baxış
"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

İqtisadiyyat
19 iyun 2026 384 baxış
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 iyun 2026 384 baxış
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 iyun 2026 384 baxış
Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

İqtisadiyyat
18 iyun 2026 384 baxış
"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
17 iyun 2026 384 baxış
"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

İqtisadiyyat
17 iyun 2026 384 baxış
"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

İqtisadiyyat
17 iyun 2026 384 baxış
"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

İqtisadiyyat
17 iyun 2026 384 baxış
SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV

SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV

İqtisadiyyat
17 iyun 2026 384 baxış
Seçilmişlər
icon