Ən yüksək artım... | Daşınmaz əmlak bazarında qiymətlər nə qədər artıb?
2025-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən artıb.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ay ərzində torpaq sahələri üzrə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb. Burada torpağın orta qiyməti 431,7 min manata yüksələrək 29% artım nümayiş etdirib.
Qeyri-yaşayış sahələrinin qiymətləri də əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin iyulunda Nərimanov rayonunda obyektlərin orta qiyməti 20% bahalaşaraq, 5 642 manat təşkil edib.
Yeni tikili mənzillərdə də bahalaşma müşahidə olunub. Yasamal rayonunda mənzillərin orta qiyməti 3 022 manat, Xətai və Nərimanovda 3 028–3 808 manat aralığında, Səbaildə isə 3 846 manat olub.
Köhnə tikililərin qiymətləri üzrə ən yüksək artım Yasamalda qeydə alınıb – mənzillərin orta qiyməti 2 497 manata qalxaraq 27% artım göstərib.
Fərdi evlərdə də bahalaşma davam edir. Burada ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb – evlərin orta qiyməti 3 029 manata yüksələrək 29% artıb.
#Daşınmaz əmlak teqi istifadə olunub
- Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV
- "Harada qalacaq bu camaat?" | Mənzil qalmaqalı böyüyür, sakinləri küçədə qoyan kimdir? - Baku TV
- "Nəvələrim gəlib-gedir, nəsə olsa..." | Ev aldılar, yaşaya bilmirlər | “Təhlükəli haldır” - Baku TV
- Daşınmaz əmlaklarla bağlı diqqət yetirilməli amillər - Baku TV
- Bu ərazilərdən torpaq almaq üçün pulunuz başınızdan aşmalıdır - Baku TV
