"Yaşıl enerji"nin inkişafına nə qədər investisiya yatırılıb? - Nazir müavini açıqladı
“Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində ümumilikdə 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və yatırılmaqdadır”.
Bunu energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“2027-ci ilə qədər “yaşıl enerji” mənbələri ilə bağlı layihələrin həyata keçirilməsini nəzərdə saxlamalıyıq. Bunun enerji sistemimizə inteqrasiyasını da həyata keçirəcəyik”, – o qeyd edib.
S.Vəliyev bildirib ki, paralel olaraq dənizdə də böyük külək enerji potensialı mövcuddur:
“Biz bunu reallaşdırmağı və əldə edilən enerjinin Avropa ölkələrinə ixrac edilməsini planlaşdırırıq. Ötən ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin şirkəti tərəfindən 230 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi yekunlaşıb. Qarşıdakı dövrdə 240 meqavatlıq Külək Elektrik Stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu yaxınlarda 1 qiqavat gücündə 3 elektrik stansiyasının inşasına start verilib”.
![icon](/images/loading.png)