Siyasət
Pleyeri seçin:

Avropa Parlamentindən əsassız qətnamə | Ayxan Hacızadədən sərt çıxış

26 aprel 2024

“Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib.

Qeyd edib ki, qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.

Onun sözlərinə görə, bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Bu addım Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, belə mühitdə Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.

“Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır. Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa İttifaqı arasında münasibətləri mürəkkəbləşdirir”, – deyə Ayxan Hacızadə bildirib. 

Kopyalandı
ABŞ səfirini Şuşaya aparan səbəblər - BAKU ANALİTİK

ABŞ səfirini Şuşaya aparan səbəblər - BAKU ANALİTİK

Siyasət
06 may 2024
Türk konsulu qətlə yetirən şəxs delimitasiyaya etiraz edənlərə qoşuldu

Türk konsulu qətlə yetirən şəxs delimitasiyaya etiraz edənlərə qoşuldu

Siyasət
06 may 2024
Erməni düşüncəsini öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir | Professor Qafar Çaxmaqlı

Erməni düşüncəsini öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir | Professor Qafar Çaxmaqlı

Siyasət
06 may 2024
Alen Simonyan görüşdən qabaq sülh sazişindən danışdı

Alen Simonyan görüşdən qabaq sülh sazişindən danışdı

Siyasət
06 may 2024
Şahin Mustafayevin Xidmətindən Azərbaycan və Ermənistan sərhədi ilə bağlı məlumat

Şahin Mustafayevin Xidmətindən Azərbaycan və Ermənistan sərhədi ilə bağlı məlumat

Siyasət
06 may 2024
Gürcüstanda Rusiya qalib gəlir | Azərbaycan üçün hansı təhlükə var?

Gürcüstanda Rusiya qalib gəlir | Azərbaycan üçün hansı təhlükə var?

Siyasət
06 may 2024
Şuşada olduğuma görə xoşbəxtəm | ABŞ səfirindən Şuşa səfəri ilə bağlı paylaşım

Şuşada olduğuma görə xoşbəxtəm | ABŞ səfirindən Şuşa səfəri ilə bağlı paylaşım

Siyasət
06 may 2024
Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Siyasət
06 may 2024
Bu ölkə ilə viza rejimi ləğv edildi | Prezident təsdiqlədi

Bu ölkə ilə viza rejimi ləğv edildi | Prezident təsdiqlədi

Siyasət
06 may 2024
Kosaçev İlham Əliyevlə görüşündən danışdı | Ermənistan və Gürcüstan dərk etsin ki…

Kosaçev İlham Əliyevlə görüşündən danışdı | Ermənistan və Gürcüstan dərk etsin ki…

Siyasət
06 may 2024
Seçilmişlər
icon