Pleyeri seçin:
Azərbaycanlı sürücülər İranla sərhəddə incidilir?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar.
"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç ayaqyolu da yoxdur. Bizimlə heyvan kimi davranırlar", ‒ deyə sürücülərdən biri bildirib.
Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara "Xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin" deyirlər.
Kopyalandı
#Yükdaşıma teqi istifadə olunub
- Bakı və Tbilisi rəqəmsal icazə sisteminə keçib | Kağız sənədlərə ehtiyac endirilir - Baku TV
- Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV
- Ermənistan və Azərbaycan arasında qarşılıqlı yükdaşıma başlaya bilər?
- İlham Əliyev nəqliyyat sektorundan danışdı | Hansı şərait yaradılacaq?
- Zamanı qabaqlayan "Garant" logistika şirkətinin yükdaşıma xidməti | Bazara yeni nəfəs
