Pleyeri seçin:

Ermənilərlə Yevlax görüşü barədə son məlumat

11 avqust 2023 270 baxış

Rusiyanın “Kommersant” qəzetində “Arsax Qarabağa qarşı” adlı məqalədə “Ağdam-Xankəndi” yolundan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən istifadə müqabilində Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidə imkan yaradacağına dair ilkin razılıqlar barədə fikirlər səsləndirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən nəşrin bu iddiasına cavabda bildirilib ki, son günlər beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan təşkilatın vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi.

Nazirlikdən o da bildirilib ki, bununla yanaşı, Azərbaycanın təklifi əsasında Yevlaxda ölkənin rəsmi şəxsləri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

“Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozublar. Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir, – deyə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI

Siyasət
10 avqust 2026 270 baxış
"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

Siyasət
10 avqust 2026 270 baxış
İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM

Siyasət
10 avqust 2026 270 baxış
İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 270 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 270 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 270 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 270 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 270 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 270 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 270 baxış
Seçilmişlər
icon