Pleyeri seçin:

Ermənistan bu silahlara keçir | İrəvanın Qərblə əməkdaşlığının pərdə arxası

05 mart 2024 278 baxış

“Artıq Ermənistanda Rusiyanın iştirakı ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar qəbul edilib. Bunun həll yolu isə indi ardıcıl olaraq həyata keçirilir”.

Bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini, politoloq Andrey Fyodorov deyib.

“Ermənistan tezliklə yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək. Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Yaxın vaxtlarda İrəvan Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxaracaq. Bir ay və ya ay yarımdan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mövqeyi və mümkünlüyü açıqlana bilər.

Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza təsir etmək, Rusiyanı sıxışdırmaq, Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir. Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasını dəyişməsi təkcə Rusiya üçün deyil, ilk növbədə Azərbaycanın probleminə çevriləcək. İrəvan Bakını çətin vəziyyətə salmaq istəyir.

Ermənistanla Qərb arasında müdafiə sahəsində əməkdaşlığın sürətləndiyi bir şəraitdə Azərbaycan gələcəkdə həqiqətən çətin anlar yaşayacaq, bu vəziyyət Bakı üçün bir sıra problemlər yaradacaq”, – o bildirib.

A.Fyodorovun fikrincə, Ermənistanın qəbul etdiyi açıq-aşkar qərbyönlü vektor fonunda Rusiyanın İrəvanı sülh müqaviləsi bağlamağa məcbur etmək imkanları sıfIra yaxınlaşır:

“Zelenskinin Ermənistana planlaşdırılan səfəri baş tutsa (nəzərə alsaq ki, bununla bağlı danışıqlar hələ də davam edir), bundan sonra Rusiya-Azərbaycan-Ermənistan formatında görüşlər barədə danışmaq çətin olacaq. Ermənistan belə bir səfərdə maraqlıdır.

Cənubi Qafqazda vəziyyət daha bir dalana dirənib. Moskva üçün hazırda baş verənlər strateji əhəmiyyətli məsələdir, çünki bu, regionda qüvvələr balansının dəyişməsini nəzərdə tutur. Rusiya ilə Azərbaycan arasında münasibətlər bu gün sabitdir. Bu gün Moskva ilə Bakının münasibətlərində heç bir problem yoxdur.

Ümumi bir anlayış var. Cənubi Qafqazın iqtisadi infrastruktura ehtiyacı var, lakin onun təhlükəsizliyi təmin edilməlidir. Rusiya da, Azərbaycan da buna hazırdır. Amma Ermənistan yox. İrəvanın vektor dəyişikliyi ilə bağlı Rusiya və Azərbaycanın hansı addımlar atacağı, hansı imkanların olduğu hadisələr inkişaf etdikcə bilinəcək”.

XIII Qlobal Bakı Forumunun mətbuat konfransı - Baku TV CANLI

XIII Qlobal Bakı Forumunun mətbuat konfransı - Baku TV CANLI

Siyasət
11 mart 2026 278 baxış
Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Siyasət
11 mart 2026 278 baxış
Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Siyasət
10 mart 2026 278 baxış
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Siyasət
10 mart 2026 278 baxış
Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 278 baxış
Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Siyasət
10 mart 2026 278 baxış
Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 278 baxış
İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

Siyasət
10 mart 2026 278 baxış
ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 278 baxış
Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Siyasət
10 mart 2026 278 baxış
Seçilmişlər
icon