Hikmət Hacıyev NATO-nun baş katibinin müavini ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.
Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.
NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Səfər çərçivəsində Hikmət Hacıyev həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə görüşüb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyevdən paylaşım | Dünyanın diqqəti Bakıda | Ukraynanın aqibəti - YENİ BİR SƏHƏR
- Ermənistanda türklərə qarşı düşmənçilik yenidən qızışdırılır? | BİZDƏN NƏ DANIŞIRLAR?
- Hikmət Hacıyev ABŞ nəşrinə müsahibə verib - Baku TV
- "ABŞ ilə münasibətlərimizə zərbə vuranlar..." | Hikmət Hacıyevdən mühüm açıqlamalar - Baku TV
- Hikmət Hacıyevdən Qəzzaya sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı açıqlama - Baku TV
