İlham Əliyev Tiranada Ursula Fon der Lyayen ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəmiz ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlət başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentlər Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər - Baku TV
- İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü oldu - Baku TV
- Azərbaycan və Özbəkistan əməkdaşlığı | Rusiya Zəngəzur dəhlizinə qoşulacaq? - YENİ BİR SƏHƏR
- Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb - Baku TV
- İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - Baku TV
