Siyasət
Pleyeri seçin:

Lukaşenko sirri açdı | Ermənistanla münaqişənin həlli niyə gecikdi?

26 fevral 2024

Belarus Prezidenti Aleksandr Lukaşenko parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Belarus Prezidenti vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçi rolunu oynamasından danışıb.

A.Lukaşenkonun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyev bir neçə il ərzində sülh yolu ilə nizamlanmaya çağırış etməklə yanaşı, Ermənistan tərəfinə maliyyə dəstəyi də təklif edib:

“Mən özüm də bilmədən vasitəçi oldum. Bakıdan İrəvana getdim və bu təklifi çatdırdım. Azərbaycan zəngin ölkədir. Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər investisiya təklifi vardı. Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub”.

A.Lukaşenko deyib ki, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmayıb və problemli məsələlər yığılıb qalıb.

”Bütün bunlar Nikol Vovayeviç Paşinyanın, onun hökumətinin üzərində qalıb. Baş verənlərə görə əslində onun günahı azdır. Amma bu problemi həll etmək lazım idi”, – deyə Belarus dövlətinin başçısı bildirib.

“Yaxşı, biz müharibəni başa vurduq. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimiz, əziz xalqımızdır. Azərbaycan yad ölkədir? Ona görə də bu vəziyyətə düşdük. KTMT-nin bu münaqişəyə cəlb edilməsi üçün heç bir səbəb yox idi”, – A.Lukaşenko vurğulayıb.

O, bu mövzunun bir neçə dəfə müzakirə olunduğunu və KTMT-nin bütün üzvləri üçün Azərbaycanın xarici ölkə olmadığını qeyd edib: “KTMT-də çoxlu müsəlman ölkələri var. Bunu siz də başa düşürsünüz. Bu qismən müvafiq mövqedir. Üçüncüsü, bizim Ermənistan özü Azərbaycanla arasındakı müharibəyə qarışmağımızı istəyirdimi? Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, müharibə yolu ilə sonda məsələnin düzgün həllinə gəliblər”.

A.Lukaşenko Ermənistanın Fransa ilə əlaqələrinə də işarə edib: “Onlar hər zaman orada, Fransada Emmanuel Makronla əlaqə saxlayırlar. Sonrakı bəyanatlar vardı: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda Ermənistana kömək edəcək, ümumiyyətlə, İrəvanı çiyninə alıb daşıyacaq. Heç kim heç kimi çiynində daşımayacaq. Fransada baş verənləri görürsünüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və insanların dediyi kimi, sahib olduqlarını da itirməməlidirlər”.

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon